Bank Of Baku

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi: “Ermənistan sürətlə silahlanır”

Azərbaycan Müdafiə Nazirliyinin rəsmisi: “Ermənistan sürətlə silahlanır”
# 30 noyabr 2007 11:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu noyabrın 30-da keçirdiyi mətbuat konfransında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Səfərov deyib. E. Səfərov bildirib ki, Azərbaycanın əksinə olaraq, Ermənistan sürətlə silahlanır: “Ermənistanı hansı ölkənin silahlandırdığı isə hamıya məlumdur. Vaxtilə Ermənistana 1 milyard dollar dəyərində silah verilmişdi. Bunu əvvəl gizlətdilər, sonra isə etiraf etdilər. Ermənistan beynəlxalq aləmdə Azərbaycan barədə mənfi rəy formalaşdırmağa çalışır”. E. Səfərov deyib ki, hər dövlət büdcəsini maraqlarına uyğun tərtib edir: “Xaricdən kiminsə Azərbaycana hərbi xərclərə nə qədər pul ayırması ilə bağlı diqtə etmək ixtiyarı yoxdur. Hərbi büdcənin 1,3 milyard manata çatdırılması ölkəmizin iqtisadi gücünü göstərir. Azərbaycan müharibə şəraitindədir. Niyə müharibə şəraitində olmayan ölkələr hərbi büdcələrini artırır, ancaq buna bir söz deyən yoxdur?” /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR