Bank Of Baku

Moldovanın xarici işlər naziri: ““Dondurulmuş” və ya “həlli uzadılmış” münaqişələr ATƏT məkanı üçün əsas təhlükələrdəndir”

Moldovanın xarici işlər naziri: ““Dondurulmuş” və ya “həlli uzadılmış” münaqişələr ATƏT məkanı üçün əsas təhlükələrdəndir”
# 30 noyabr 2007 13:14 (UTC +04:00)
APA-nın Madridə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu barədə İrlandiyanın xarici işlər naziri Dermot Axern ATƏT xarici işlər nazirləri Şurasının 15-ci iclasındakı çıxışında bildirib. Gürcüstan, Moldova və Azərbaycan ərazilərindəki həll olunmamış münaqişələrin ATƏT üçün xəcalət olduğunu qeyd edən nazir buna diqqət yetirməyin vacibliyini önə çəkib. O, Avropada Adi Silahlı Qüvvələr Haqqında Müqavilə ilə bağlı davam edən müzakirələrin də müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Toplantıda çıxış edən Moldovanın xarici işlər naziri Andrey Stratan isə “dondurulmuş” və ya “həlli uzadılmış” münaqişələrin ATƏT məkanı üçün əsas təhlükələrdən olduğunu deyib: “Görünür, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət etmək və sülhə nail olmaq üçün bütün mümkün vasitələrdən yararlanmaqla ATƏT-in həlli ilə məşğul olduğu münaqişələrə daha real yanaşma olmalıdır. Bunu nəzər alaraq, biz Cənubi Osetiya, Abxaziya və Dnestryanı münaqişələrin davamlı həllinə dair gələcək addımları alqışlayırıq. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərin səlahiyyətləri çərçivəsində artıq neçə ildir, davamlı ümidverici formullar hazırladıqları Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Real irəliləyişə nail olmaq üçün daha böyük iradə və güc nümayiş etdirməyin vaxtı çatıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR