Bank Of Baku

Müxalifət düşərgəsində təmsil olunan 20-dən çox partiyanın birgə toplantısı keçirilib

Müxalifət düşərgəsində təmsil olunan 20-dən çox partiyanın birgə toplantısı keçirilib
# 30 noyabr 2007 13:19 (UTC +04:00)
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan 20-dən çox partiyanın birgə toplantısı keçirilib. KXCP sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, toplantıda Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Sosial Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Böyük Azərbaycan, Böyük Azərbaycan, Ümid, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi, Türk Millətçi partiyaları, “Azərbaycan Yolu” Siyasi Hərəkatı və “Bizim Azərbaycan” Blokunun nümayəndələri iştirak ediblər. M. Mirəlioğlu bildirib ki, bu, yeni formatda partiya təmsilçilərini ilk toplantısı idi və yaxın zamanlarla sədrlərin görüşü keçiriləcək. Həmin toplantıda partiyaların əməkdaşlığının konturları müəyyənləşəcək, hansı sahələrdə əməkdaşlığın mümkün olması araşdırılacaq. Partiya sədri razılaşdırılan məsələlərdə adıçəkilən partiyaların birgə addımlar atacağını qeyd edib: “Hələlik bu format rəsmiləşməyib. Toplantılarla bağlı müxtəlif fikirlər var və bu fikirlərin hamısına hörmətlə yanaşırıq. Amma əməkdaşlığın bu və digər formalarını da müzakirə edirik ki, hansı sahələrdə əməkdaşlıq edə bilərik. Bu əməkdaşlıq isə əsasən Azərbaycanda seçki öncəsi şəraitin demokratikləşməsinə hədəflənib. Biz Seçki Məcəlləsinin dəyişdirilməsi istiqamətində təşəbbüslərimizi birləşdirməyə çalışacağıq”. Bu partiyaların öz addımlarını “dördlər”lə uzlaşdırmaq fikrində olub-olmamağına gəldikdə, M. Mirəlioğlu deyib ki, bunu gələcək göstərəcək: ““Dördlər” hətta bu iddiadadır ki, müqavimət hərəkatı yarada bilərlər. “Dördlər”in müqavimət hərəkatı yalnız “dördlər”in müqavimət hərəkatı ola bilər. Buna da təbii yanaşırıq. Biz öz işlərimizi başa çatdırandan sonra müəyyən dərəcədə təşəbbüsləri üst-üstə düşən blok, partiya və şəxslərlə də əlaqələr qurulacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR