Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti ABŞ-a səfər edib

AVCİYA-nın nümayəndə heyəti ABŞ-a səfər edib
# 30 noyabr 2007 13:22 (UTC +04:00)
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti ABŞ-ın “Bob Lorens Assosiasiyası”nın dəvəti ilə bu ölkəyə səfər edib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin səfər proqramı çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevlə görüş keçiriblər. Səfir görüş zamanı son illər Azərbaycan haqqında həqiqətlərin ABŞ əhalisinə çatdırılmasına böyük ehtiyacın yarandığını bildirib və bu sahədə hökumət strukturları ilə yanası vətəndaş cəmiyyəti nümayəndələrini böyük rol oynadığını vurğulayıb. AVCİYA təmsilçiləri “Avrasiya” Fondunun Vaşinqton ofisində fondunun qiymətləndirmə üzrə meneceri Robert O’Donov ilə görüşüb, “School of Advanced International Studies” (SAIS) qurumunda olublar. Görüşlərdə amerikalılara təşkilat haqqında məlumat verilib, Azərbaycanda söz və mətbuat azadlıqları, insan haqları, seçkilər və təhsil sahəsində mövcud olan problemlər barədə geniş fikir mübadiləsi aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR