Bank Of Baku

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar başlayıb

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar başlayıb
# 03 dekabr 2007 08:28 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən 20 seçki dairəsi ərazisində Dairə Seçki komissiyalarının (DSK) üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar keçirməyə başlayıb. MSK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kurslar 20 gün müddətində davam edəcək və 125 seçki dairəsinin hamısını əhatə edəcək. Kurs iştirakçılarına seçki prosedurları, səsvermənin gedişi zamanı atılan addımlar, qanunla nəzərdə tutulan vəzifələr izah ediləcək və sonda onlara sertifikatlar təqdim olunacaq. Kursların gedişi zamanı iştirakçıların rayon məhkəmələrinin sədrləri və prokurorlarla görüşləri keçiriləcək. Kurslarda seçki üzrə mütəxəssislər müvafiq mühazirələrlə çıxış edəcəklər. Qeyd edək ki, bu kurslar ölkə prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası məqsədi ilə həyata keçirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR