Bank Of Baku

Azərbaycan MSK-nın nümayəndə heyəti Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib

Azərbaycan MSK-nın nümayəndə heyəti Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib
# 03 dekabr 2007 09:35 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti dekabrın 2-də Rusiyada keçirilən parlament seçkilərini müşahidə edib. MSK-nın katibi Natiq Məmmədovun APA-ya verdiyi məlumata görə, qurumun sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən gün Moskvada yerləşən 10-dan artıq seçki dairəsinin ərazisində müxtəlif məntəqələrdə seçki prosesini izləyib. N. Məmmədov müşahidə apardıqları məntəqələrdə hər hansı qanun pozuntuları ilə rastlaşmadıqlarını vurğulayıb. MSK katibi bildirib ki, Azərbaycan nümayəndə heyəti bəzi məqamlarda beynəlxalq müşahidə missiyaları ilə bir yerdə olublar. Nümayəndə heyəti sabah Azərbaycana qayıdacaq. Qeyd edək ki, Azərbaycan tərəfini seçkiləri izləməyə Rusiya MSK-sı dəvət edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR