Bank Of Baku

Bernard Snou: “Azərbaycan hökuməti dəvət edərsə, regionda yanğınlarla bağlı yeni təhqiqatlar aparmağa hazırıq” - EKSKLÜZİV

Bernard Snou: “Azərbaycan hökuməti dəvət edərsə, regionda yanğınlarla bağlı yeni təhqiqatlar aparmağa hazırıq” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 03 dekabr 2007 09:50 (UTC +04:00)
- 2008-ci ildə fəaliyyətinizin əsas prioritetləri nədən ibarət olacaq?
- Gələn il ATƏT-ə sədrlik İspaniyadan Finlandiyaya keçəcək, biz ekoloji problemlərin qarşısının alınması sahəsində aktiv fəaliyyəti davam etdirməyə ümidvarıq. Biz daha çox su menecmenti məsələsinə diqqət yetirəcəyik, bu aspektdə ATƏT regionu ölkələri əməkdaşlığı genişləndirməli, bu sahədə malik olduğu təcrübəni bölüşməlidir. Vacib olan məsələlərdən biri ictimaiyyətin ekologiyanın qorunması sahəsinə dair biliklərini artırmaqdır, bu məqsədlə xüsusi sessiyalar, tədbirlər keçirməyi nəzərdə tuturuq.
- Rəhbərlik etdiyiniz ofis gələn il Azərbaycanla bağlı hansı tədbirləri planlaşdırır?
- Biz Azərbaycanda çox aktiv fəaliyyət göstəririk. 2007-ci ildə ATƏT-in Bakı Ofisində ekologiya məsələləri ilə məşğul olan bir neçə ekspert fəaliyyətə başlayıb. Həmçinin Kür-Araz hövzəsinin su menecmenti layihəsini, Xəzərin ekoloji durumunun öyrənilməsini davam etdiririk. Kür-Araz hövzəsi ilə bağlı layihə 2008-ci ilin sonunda başa çatacaq. Martın 6-7-də Aşqabadda bizim mühüm konfranslarımızdan biri keçiriləcək. Azərbaycan bu konfransda rəsmi şəkildə təmsil olunacaq, orada biz Azərbaycan tərəfi ilə Xəzərin ekoloji təhlükəsizliyinə dair məsələləri müzakirə edəcəyik. Perspektivdə Azərbaycanla ekoloji məsələlər sahəsində daha aktiv əməkdaşlıq etmək niyyətindəyik.
- Ötən il Azərbaycanın işğal altında olan ərazilərində yanğınlarla bağlı hesabat hazırlamışdınız. Hesabatda yanğınların səbəbi kimi, bu hadisənin ermənilər tərəfindən törədilməsi deyil, təbii amilləri qeyd etmişdiniz...
- Mənim bu missiyam bir il əvvəl başa çatıb. O zaman bizim missiya fəaliyyətə başlayanda əsas məqsədimiz bu yanğınların törədilməsində kimin günahkar olub-olmadığını aydınlaşdırmaq deyildi. Bizi narahat edən məqam bu yanğınların baş verməsinin qarşısını almaq, hadisənin səbəb və nəticələrini dəqiqliklə öyrənməkdi. Digər tərəfdən yanğınlar iyunun əvvəllərində baş vermişdi, bizim missiya isə regiona oktyabrda gəldi. Buna görə də yanğınların səbəblərinin dəqiqliklə müəyyənləşdirmək çox çətin idi. Biz həmçinin müxtəlif rəsmi şəxslərlə bu məsələlərlə bağlı görüşlər də keçirdik.
- Analoji yanğınların bu il yenidən təkrarlanması ilə bağlı məlumatlarınız varmı? Yenidən regiona səfər etməyi planlaşdırırsınızmı?
- Tamamilə haqlısınız. Amma məndə olan məlumata görə, bu dəfə yanğınların miqyası əvvəlki tək geniş olmayıb. Əgər Azərbaycan hökuməti bizi yenidən dəvət etsə, o zaman böyük məmnuniyyətlə yenidən regiona gələr və yeni təhqiqat apararıq. Lakin mənə elə gəlir ki, hökumət bizim hesabatın sonunda verdiyimiz tövsiyələrə riayət etsə, daha yaxşı olar. Bu tövsiyələri yerinə yetirmək yanğınların qarşısının alınmasına daha çox yardım edərdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR