Bank Of Baku

“Azadlıq” bloku Avropa Şurasının Venesiya Komissiyası ilə yazışmaları davam etdirir

“Azadlıq” bloku Avropa Şurasının Venesiya Komissiyası ilə yazışmaları davam etdirir
# 03 dekabr 2007 11:32 (UTC +04:00)
“Azadlıq” bloku Seçki Məcəlləsinin dəyişdirilməsi mövzusunda Avropa Şurasının Venesiya Komissiyası ilə yazışmaları davam etdirir. Blokun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli APA-ya açıqlamasında bildirib ki, hazırda blok rəhbərliyi Venesiya Komissiyasının yekun rəyini gözləyir. Bu rəy bəlli olandan sonra blok növbəti addımlarını müəyyənləşdirəcək. Ə. Kərimli kütləvi aksiyaların keçirilməsi məsələsini də müzakirə edəcəklərini deyib. O, ölkədə kütləvi aksiyalar üçün çoxlu səbəblərin olduğunu, amma sərbəst toplaşmaq azadlığına məhdudiyyət qoyulduğunu söyləyib: “Kütləvi aksiyalar Azərbaycan şəraitində ya hökumətin müəyyənləşdirdiyi çərçivələrə uyğun keçirilməlidir, ya da növbəti dəfə dinc vətəndaşların polis tərəfindən döyülməsi baş verməlidir. Ona görə də biz yenə həm Azərbaycan hökumətinə, həm də beynəlxalq təşkilatlara müraciət edirik ki, vətəndaşların sərbəst toplaşmaq azadlığı təmin olunsun”. Venesiya Komissiyasının blokun irəli sürdüyü təklifləri nə qədər nəzərə alacağına gəldikdə, Ə. Kərimli bu barədə yeni məlumata malik olmadığını söyləyib: “Biz təklifləri təqdim edərkən bildirilmişdi ki, təkliflər nəzərə alınacaq. Amma təəssüf ki, sonradan müzakirələr üçün çox uğursuz format seçildi və məlum oldu ki, bu formatda ümumiyyətlə, Seçki Məcəlləsi ilə bağlı ciddi düzəlişə nail olmaq mümkün deyil”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR