Bank Of Baku

Azərbaycan və Rusiya Mərkəzi Seçki komissiyalarının sədrləri görüşüb

Azərbaycan və Rusiya Mərkəzi Seçki komissiyalarının sədrləri görüşüb
# 03 dekabr 2007 11:50 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya Federasiyası MSK-nın sədri Vladimir Çurovla görüşüb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə M. Pənahov rəhbərlik etdiyi nümayəndə heyətinin müşahidələrinin nəticələri barədə V. Çurovla fikir mübadiləsi aparıb. V. Çurov dəvəti qəbul edərək Dumaya seçkilərdə müşahidəçilik missiyasını həyata keçirdikləri üçün Azərbaycan MSK-nın sədrinə təşəkkürünü bildirib və seçkilərlə bağlı görülmüş işlər barədə ətraflı məlumat verib. Görüşdə iki qurum arasında 2000-ci ildə imzalanmış “Seçki strukturlarının fəaliyyətini təkmilləşdirmək məqsədilə qarşılıqlı faydalı əməkdaşlığı təmin etmək sahəsində niyyət Protokolu”nun tərəflərin qarşılıqlı təcrübə mübadiləsinə hərtərəfli şərait yaratdığı qeyd edilib. Görüşdə, həmçinin, gələcək əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələr aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR