Bank Of Baku

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb
# 03 dekabr 2007 11:51 (UTC +04:00)
Toplantıda AŞPA prezidenti və vitse-prezidentinin seçilməsi, Avropa İnsan Haqları Məhkəməsinə bəzi ölkələrdən seçilmiş hakimlərin təsdiqlənməsi, Rusiyada keçirilmiş parlament seçkiləri və Gürcüstanda keçiriləcək prezident seçkiləri, qlobal istiləşmə, Afrika qitəsindən Avropaya immiqrant axını, Kosovonun gələcək statusuna dair son vəziyyətin qiymətləndirilməsi, AŞPA-nın xarici siyasəti, Orta Asiya respublikalarında vəziyyət, Avropa idman modelinin qorunub saxlanılması məsələləri müzakirə olunacaq. Bundan başqa, Avropa Şurasının baş katibi Terri Devisin və Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubişin çıxışları olacaq və isveçrəli parlamentar Dik Martinin “Avropa İttifaqı və BMT-nin Təhlükəsizlik Şurası tərəfindən tərtib edilmiş qara siyahılar” adlı növbəti hesabatı, həmçinin Gürcüstanın qurum qarşısındakı öhdəliklərinə dair məruzə dinləniləcək. AŞPA-nın budəfəki rəsmi qonaqları isə keçmiş SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçov, UEFA prezidenti Mişel Platini, Əlcəzair prezidenti Əbdüləziz Buteflika, Albaniya prezidenti Bamir Topi, Slovakiyanın baş naziri Robert Fico və Macarıstanın baş naziri Ferens Dyurçan olacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR