Bank Of Baku

Qənirə Paşayeva AŞ PA missiyasının tərkibində Gürcüstanda seçkiqabağı vəziyyəti öyrənəcək

Qənirə Paşayeva AŞ PA missiyasının tərkibində Gürcüstanda seçkiqabağı vəziyyəti öyrənəcək
# 03 dekabr 2007 13:13 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Gürcüstanda prezident seçkiləri öncəsi vəziyyəti öyrənmək üçün missiya yaradıb. APA-nın Avropa bürosunun məlumatına görə, 7 nəfərdən ibarət missiyaya Milli Məclisin AŞ PA-da nümayəndə heyətinin üzvü, Azərbaycan-Gürcüstan parlament dostluq qrupunun sədri Qənirə Paşayeva da daxildir. Dekabrın 4-dən 8-nə kimi Gürcüstanda olacaq missiya üzvləri parlament sədri, prezident səlahiyyətlərini icra edən Nino Burcanadze, beynəlxalq təşkilatların nümayəndələri, Gürcüstan parlamentinin AŞ PA-dakı nümayəndə heyəti, Mərkəzi Seçki Komissiyasının sədri, parlamentin müxalifət təmsilçiləri, prezidentliyə namizədlər, baş prokuror, Ali Məhkəmənin sədri, media nümayəndələri, Avropa Şurasına üzv ölkələrin səfirləri, daxili işlər naziri, Mətbuat Şurası, Milli Təhlükəsizlik Şurası və Konstitusiya Məhkəməsinin rəhbərləri ilə görüşlər keçirəcək, seçkilər mövzusunda təşkil olunan dəyirmi masalarda iştirak edəcəklər. Səfərin sonunda missiya mətbuat konfransı keçirəcək. Qeyd edək ki, missiyaya estoniyalı deputat, AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel də daxildir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR