Bank Of Baku

İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib

İslam Partiyası Baş Məclisinin toplantısı keçirilib
# 03 dekabr 2007 14:19 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) 6-cı qurultaydan sonra Baş Məclisinin ilk toplantısı keçirilib. AİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiya sədrinin müavinləri təsdiq olunub. Vaqif Abdullayev partiya sədrinin təşkilati, Elmar Səmədov ictimai, Elçin Manafov isə mədəni maarif məsələləri üzrə müavini vəzifələrinə təyin olunublar. Sədrin birinci müavini postuna namizəd göstərilməyib. Toplantıda prezident seçkisi ilə bağlı məsələ müzakirə edilsə də, qərar qəbul edilməyib. Baş Məclis bunun müzakirəsini partiyanın qeydiyyatı ilə əlaqədar məsələyə aydınlıq gətirildikdən sonraya saxlamağa qərar verib. Toplantıda Dağlıq Qarabağ məsələsi ilə bağlı Milli Məclisə müraciət qəbul edilib. Eyni zamanda hicablı qadınlara şəxsiyyət vəsiqəsinin verilməsində yaranan problemlərin aradan qaldırılması məqsədilə isə Milli Məclisə və Qafqaz Müsəlmanları İdarəsinə müraciət olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR