Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 03 dekabr 2007 14:24 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda Rusiyada əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan vətəndaşlarının durumu müzakirə olunub. Müzakirələrdə Rusiyada yaşayan soydaşlarımızın müvafiq dövlət qurumları, eləcə də bu qurumlar tərəfindən himayə olunan ultramillətçi qüvvələrin təqib və təzyiqlərinə məruz qaldığı faktı önə çəkilib. BAXCP İdarə Heyəti hesab edir ki, soydaşlarımızla bağlı yarana biləcək hər hansı bir təhlükənin qarşısının alınması, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının gələcəkdə öz vətənlərində işlə təmin olunması üçün dövlət komissiyası yaradılmalı və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə xüsusi dövlət proqramı hazırlanaraq həyata keçirilməlidir. İdarə Heyəti həmçinin Milli Məclisdə boş qalan yerlərə təkrar seçkilərin keçirilməməsi məsələsinə də münasibət bildirib. BAXCP hesab edir ki, hökumət Milli Məclisdə boş qalan deputat yerlərinə seçkilərin keçirilməsinin təmin olunması istiqamətində konkret addımlar atmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR