Bank Of Baku

VHP Siyasi Şurasının toplantısı keçirilib

VHP Siyasi Şurasının toplantısı keçirilib
# 03 dekabr 2007 15:05 (UTC +04:00)
Vətəndaş Həmrəyli Partiyası (VHP) Siyasi Şurasının toplantısı keçirilib. VHP mətbuat xidmətinin rəhbəri Samir Əsədli APA-ya bildirib ki, toplantıda partiyanın qurultayının keçirilməsi ilə bağlı qarşıya çıxan problemlər müzakirə mövzusu olub. Onun sözlərinə görə, teatr və digər mədəniyyət müəssisələrində təmir işi getdiyindən partiya qurultayın keçirilməsi üçün yer problemi ilə qarşılaşıb. Problemin aradan qaldırılması məqsədilə isə özəl müəssisələrə müraciət edilməsi nəzərdə tutulub. S. Əsədli deyib ki, Siyasi Şuranın toplantısında qurultayın dekabrın 22-də və ya 29-da keçirilməsi haqda razılaşma da əldə edilib. Siyasi Şurada nizamnaməyə və məramnaməyə dəyişikliklərlə bağlı edilən təkliflərin müzakirə olunduğunu deyən S. Əsədlinin sözlərinə görə, dəyişikliklərə əsasən katiblik institutu ləğv ediləcək, onun əvəzinə müavin postları təsis ediləcək. O, yeni nizamnamənin partiyanın idarəçiliyinə müsbət təsir göstərəcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR