Bank Of Baku

Tiflisdə Ahıska türklərinin repatriasiyası ilə bağlı dəyirmi masa keçiriləcək

Tiflisdə Ahıska türklərinin repatriasiyası ilə bağlı dəyirmi masa keçiriləcək
# 03 dekabr 2007 15:27 (UTC +04:00)
Dekabrın 6-da Gürcüstanın paytaxtı Tiflis şəhərində Avropa Şurasının təşkilatçılığı ilə Ahıska türklərinin Gürcüstana repatriasiyasına həsr olunmuş dəyirmi masa keçiriləcək. Azərbaycandakı Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov APA-ya açıqlamasında bildirib ki, Moskvada yaşayan Beynəlxalq “Vətən” Cəmiyyətinin sədri Süleyman Bakradze Bakıya gələcək və onlar birlikdə Gürcüstana yollanacaqlar. Avropa Şurası, Gürcüstan hökuməti və Ahıska türkləri cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə Ahıska türklərinin tarixi vətənlərinə qayıdışının həyata keçirilməsi yolları, lazımi vəsaitlərin toplanması üçün fond yaradılması məsələsi müzakirə olunacaq. Bu günə qədər təxminən 2 min Ahıska türkünün Gürcüstana köçdüyünü söyləyən İ. Burhanov onlardan 150-nin Ahıska bölgəsində məskunlaşdığını deyib. Gələn il yanvarın 1-dən repatriasiyanın rəsmən başlanacağını xatırladan İ. Burhanov bütün Gürcüstanı özlərinə vətən saydıqlarını, amma öz doğma yerləri olan Mesxetiyada yaşamaq istədiklərini bəyan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR