Bank Of Baku

Dekabrın 12-də Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə müxalifət partiyaları sədrlərinin toplantısı keçiriləcək

Dekabrın 12-də Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə müxalifət partiyaları sədrlərinin toplantısı keçiriləcək
# 04 dekabr 2007 08:52 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə müxalifət düşərgəsində təmsil olunan partiya sədrlərinin toplantısı dekabrın 12-də keçiriləcək. Azadlıq Partiyasının sədri Əhməd Orucun APA-ya verdiyi məlumata görə, toplantıda Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Sosial Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Böyük Azərbaycan, Ümid, Milli İstiqlal, Vətəndaş Həmrəyliyi, Türk Millətçi partiyaları, “Azərbaycan Yolu” Siyasi Hərəkatı və “Bizim Azərbaycan” Blokunun rəhbərləri iştirak edəcək. Ə. Orucun sözlərinə görə, bu toplantıda müxalifətin seçkiöncəsi fəaliyyəti ilə bağlı sənəd imzalanacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR