Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti ABŞ-da Beynəlxalq Jurnalistlər Mərkəzində görüş keçirib

AVCİYA-nın nümayəndə heyəti ABŞ-da Beynəlxalq Jurnalistlər Mərkəzində görüş keçirib
# 04 dekabr 2007 10:52 (UTC +04:00)
ABŞ-da səfərdə olan Azərbaycanda Vətəndaş Cəmiyyətini İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti Beynəlxalq Jurnalistlər Mərkəzində görüş keçirib. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə qurumun vitse-prezidenti Vəli Əlibəyov AVCİYA-nın fəaliyyəti haqqında məlumat verib. Mərkəz nümayəndələri isə “Soros" və “Makkonni” fondlarının dəstəyi ilə Azərbaycanda insan alveri ilə bağlı layihə həyata keçirdiklərini bildiriblər. Görüşdə Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, qurumların əməkdaşlıq perspektivləri müzakirə olunub. AVCİYA təmsilçiləri həmçinin “Millennium Challenge Corporation” təşkilatının rəhbərliyi ilə görüş keçiriblər. Görüşdə Azərbaycanda iqtidarın korrupsiyaya qarsı mübarizəyə əvvəlki illərə nisbətən daha çox diqqət verməsi, ayrıca qanun qəbul olunması, müxtəlif qurumların yaradılması, Korrupsiyaya Qarsı Mübarizə üzrə Dövlət Komissiyasının QHT-lərlə əməkdaşlığa başlaması müzakirə edilib. Qeyd edək ki, ABŞ-ın “Bob Lorens” Assosiasiyasının dəvəti ilə həyata keçirilən səfər dekabrın 9-dək davam edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR