Bank Of Baku

Fazil Qəzənfəroğlu: “Seçki Məcəlləsi, kütləvi aksiyalar və digər məsələlərlə bağlı partiyaların birgə qərarları olacaq”

Fazil Qəzənfəroğlu: “Seçki Məcəlləsi, kütləvi aksiyalar və digər məsələlərlə bağlı partiyaların birgə qərarları olacaq”
# 04 dekabr 2007 11:56 (UTC +04:00)
“20-dən artıq müxalifət partiyasının birgə müzakirələr aparmasında məqsəd prezident seçkiləri ərəfəsində bir araya gəlib fəaliyyət göstərməkdir. Seçki kampaniyası dövründə bunun faydası hiss olunacaq”. Bunu APA-ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Qəzənfəroğlu bildirib. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun təşəbbüsü ilə ötən həftə bir araya gəlmiş 20-dən artıq müxalifət partiyasının müzakirələri davam etdirəcəyini bildirən F. Qəzənfəroğlu hər hansı ittifaqın yaradılması ilə bağlı məsələnin də müzakirələrin gedişində aydınlaşacağını vurğulayıb. Onun sözlərinə görə, Seçki Məcəlləsi, kütləvi aksiyalar və digər məsələlərlə bağlı partiyaların birgə qərarları olacaq. Partiya başqanı birlikdə vahid namizəd məsələsinin gündəmə gətirilməyəcəyini də qeyd edib: “Bu format həm də bəzi beynəlxalq təşkilatları təəssüfləndirmək üçün yaradılır. Onlar bilməlidirlər ki, Azərbaycanda müxalifət çoxşaxəlidir, özünün daha müstəqil planı və proqramı var, birgə addımlamaq imkanları da genişdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR