Bank Of Baku

Azərbaycan Milli Məclisinin bir qrup deputatı İtaliyada səfərdədir

Azərbaycan Milli Məclisinin bir qrup deputatı İtaliyada səfərdədir
# 04 dekabr 2007 13:32 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin deputatları Hadı Rəcəbli, Ziyad Səmədzadə və Rövşən Rzayev İtaliyada səfərdədir. Bu barədə APA-ya millət vəkili Hadi Rəcəbli məlumat verib. O, İtaliyanın Florensiya şəhərində uşaq hüquqlarının qorunması ilə bağlı keçirilən beynəlxalq tədbirdə iştirak etdiklərini və müzakirələrdə Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsindəki vəziyyət haqqında danışdıqlarını bildirib: “Biz Azərbaycanın çadır düşərgələrində qaçqın uşaqların böyüyərək özlərinin uşaq dünyaya gətirdiyini iclas iştirakçılarının diqqətinə çatdırdıq”. H. Rəcəbli səfərin dekabrın 7-də başa çatacağını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR