Bank Of Baku

AMİP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb

AMİP Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb
# 04 dekabr 2007 14:18 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsi hazırlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sənəd üzərində hazırlıq işləri yekunlaşıb və müxalifətdaxili müzakirələrdən sonra aidiyyəti dövlət qurumlarına təqdim ediləcək. Layihədə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması nəzərdə tutulur. Digər partiyaların irəli sürdüyü paritet təklifindən fərqli olaraq, AMİP komissiyaların formalaşdırılması zamanı partiyaların yerli təşkilatlarının, üzvlərinin sayının, bütün seçkilərdə əldə etdiyi nəticələrin əsas götürülməsini təklif edir. Partiya layihəni əvvəlcə təmsil olunduğu məşvərət şurasında müzakirə etmək niyyətindədir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR