Bank Of Baku

Azay Quliyev qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurum və qeyri-hökumət təşkilatlarına yardım fondu ilə mətbuat konfransı keçirib

Azay Quliyev qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurum və qeyri-hökumət təşkilatlarına yardım fondu ilə mətbuat konfransı keçirib
# 04 dekabr 2007 14:30 (UTC +04:00)
Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti, Milli Məclisin üzvü Azay Quliyev mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, A. Quliyev qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının müddəalarına uyğun olaraq yaradılacaq qeyri-hökumət təşkilatlarının məsələləri üzrə qurum və qeyri-hökumət təşkilatlarına yardım fondu ilə bağlı hökumətə təqdim edilən təkliflər paketi haqqında danışıb. Bu ilin dövlət büdcəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 1,5 milyon manat vəsaitin xərclənmə mexanizmləri haqda MQF-nin mövqeyini şərh edən A. Quliyev bu yöndə prioritet istiqamətlərin konsepsiyada öz əksini tapdığını diqqətə çatdırıb: “Yaradılacaq QHT Şurası ilə Fondun formalaşdıracağı qrant komissiyasının rəyi əsas olacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR