Bank Of Baku

MONEYVAL sədri Vasil Kirov: “Azərbaycanın çirkli pulların yuyulmasına qarşı apardığı mübarizə bizi qane edir”

MONEYVAL sədri Vasil Kirov: “Azərbaycanın çirkli pulların yuyulmasına qarşı apardığı mübarizə bizi qane edir”
# 04 dekabr 2007 15:17 (UTC +04:00)
O, komitəyə yeni üzv olan ölkələrdən Gürcüstanın bu istiqamətdə fəal iş apardığını vurğulayıb: “Gürcüstan artıq komitənin tövsiyələrini qəbul edib və ölkə parlamentində çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirməyi nəzərdə tutan qanun layihəsini qəbul edib. İndi Azərbaycan və Moldova da bu prosesə qoşulmaq üzrədir. Azərbaycan çirkli pulların yuyulması sahəsində komitə ilə sıx əməkdaşlıq edir. Mən təbii ki, bu kimi ölkələrdə belə məsələlərin qanunverici sistemlə nizamlanmasının o qədər də asan olmadığını çox gözəl anlayıram. Belə ölkələrdə bu tip hüquqi sistemlər üçün bu cür qanun mətnlərini, hüquqi maddələri qəbul etmək o qədər də asan iş deyil. Lakin uzun illər analoji hüquqi sistemə malik olan ölkələrlə bağlı təcrübə göstərir ki, bunu etmək mümkündür. Təbii ki, qarşıya çıxam maneələr də fərqlidir, bu ölkələrdə mentalitetin dəyişməsi zəruridir. Lakin Azərbaycanla bağlı işlər bizi qane edir, bu sahədə müəyyən irəliləyiş əldə olunub. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycan parlamenti çirkli pulların yuyulması ilə mübarizəyə dair qanun layihəsini qəbul etməklə bu sahədə vəziyyəti daha da yaxşılaşdıracaq”. Vasil Kirov Azərbaycanla bağlı hesabatın dəyərləndirilməsi prosesinin hazırda ikinci mərhələdə olduğunu bildirib: “Bununla bağlı ilk iki mərhələ məxfi keçirilir. Sonuncu mərhələnin başlaması üçün bizim ekspertlər monitorinq aparmaq üçün Azərbaycana səfər etməlidir. Bu səfər gələn ilin aprelində gerçəkləşəcək. Səfər zamanı biz ölkədə lazımi sistemin səmərəliliyini xırdalıqlarına qədər öyrənəcək, daha sonra hesabatın son variantı üzərində iş aparacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR