Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib
# 04 dekabr 2007 15:58 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Sədrlər Şurasının növbəti iclası keçirilib. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki söz azadlığının vəziyyəti, “Azadlıq” qəzetini baş redaktoru Qənimət Zahidin hüquqlarının müdafiəsi, bu istiqamətdə keçiriləcək tədbirlər, ATƏT həmsədrlərinin Madriddə keçirilən növbəti toplantısı, həmçinin Rusiyada keçirlən son seçkilər müzakirə edilib. Blok Azərbaycanda söz azadlığının vəziyyəti ilə bağlı beynəlxalq instansiyalara müraciət etmək qərarı verib. Ə. Əliyevin sözlərinə görə, Madrid görüşündə xarici işlər nazirlərinə təqdim oluna sənəd müzakirə edilib və blok Dağlıq Qarabağ məsələsi ətrafında ciddi narahatlığın olduğu qənaətinə gəlib: “Artıq Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan mərhələ başlayıb. Qurumun hökumətə təklifi Azərbaycan tərəfinə olan konkret təzyiq mövqeyidir. Bundan sonra bir mərhələ qalır ki, təklif yox, Azərbaycandan tələb etsinlər. Qarabağın statusunun müəyyənləşdirilməsində ərazi bütövlüyü yox, özünü müqəddəratının həlli variantının üzərində dayanması diplomatik uğursuzluğu göstərir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR