Bank Of Baku

Nyu-York Universitetində GUAM-ın yaradılmasının 10 illiyi münasibətilə konfrans keçirilib

Nyu-York Universitetində GUAM-ın yaradılmasının 10 illiyi münasibətilə konfrans keçirilib
# 05 dekabr 2007 08:01 (UTC +04:00)
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Aqşin Mehdiyevin APA-nın ABŞ bürosuna verdiyi məlumata görə, adı çəkilən tədbirə Amerikanın Prinston (Princeton University) və Corc Vaşinqton Universitetinin (George Washington University), ABŞ Milli Təhlükəsizlik Şurasının, Nyu-York Şəhər Şurası, bir sıra beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Təşkilata üzv ölkələr arasında konfransda GUAM-ı səfir Aqşin Mehdiyev, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Sergeyev, səfərdə olan Gürcüstan və Moldova səfirlərini isə onların müavinləri təmsil ediblər. Tədbirdə son illərin nailiyyətləri və problemləri, GUAM ərazisində dondurulmuş konfliktlər və təşkilatın onların həllinə lövhəsi, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı ilə Vaşinqtonun iş birliyi, mövzusunda çıxışlar edilib. Sonuncu dördüncü mövzuda GUAM-ın iqtisadi əməkdaşlığı və enerji daşıyıcıların dünya bazarlarına çıxarılması üzrə alternativ dəhliz mövzusunda Aqşin Mehdiyev çıxış edib. Səfir öz çıxışında enerji məsələləri ilə yanaşı Ermənistanın işğalçı siyasəti barədə də konfrans iştirakçılarına məlumat verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR