Bank Of Baku

Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyasının Gürcüstanın Azərbaycandakı səfirliyinin binası qarşısında keçirmək istədiyi piketə icazə verilməyib

Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyasının Gürcüstanın Azərbaycandakı səfirliyinin binası qarşısında keçirmək istədiyi piketə icazə verilməyib
# 05 dekabr 2007 08:36 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Jurnalistlər Federasiyasının (GAJF) Gürcüstanın Azərbaycandakı səfirliyinin binası qarşısında keçirmək istədiyi piketə Bakı Şəhər İcra Hakimiyyəti icazə verməyib. Bu barədə APA-ya federasiyanın rəhbəri Niyazi Hüseynov bildirib. Onun sözlərinə görə, şəhər rəhbərliyi dekabrın 5-nə təyin edilmiş aksiyanın keçirilməsini məqsədəuyğun saymayıb. N. Hüseynov aksiyanın keçirilib-keçirilməməsi ilə bağlı hər hansı qərarın qəbul edilmədiyini bildirib. Onun sözlərinə görə, Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının lideri Daşqın Gülməmmədovun həbsdən azad edilməsinə baxmayaraq, Gürcüstanda hələ də Azərbaycanlı siyasi məhbuslar var. O, günün sonuna kimi aksiyanın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar qəbul olunacağını vurğulayıb. Qeyd edək ki, aksiya D. Gülməmmədovun və həmçinin iki azərbaycanlı siyasi məhbusun azad edilməsi, 36 azərbaycanlını qətlə yetirən qatillərin tapılması tələbi ilə təyin edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR