Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti Zeyno Baranla görüşüb

AVCİYA-nın nümayəndə heyəti Zeyno Baranla görüşüb
# 05 dekabr 2007 09:38 (UTC +04:00)
ABŞ-ın “Bob Lorens Assosiasiyası”nin dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti NEWSEUM təşkilatının media məsləhətçisi Gene Mater ilə görüş keçiriblər. AVCİYA-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə G. Mater təmsil etdiyi təşkilat haqqında məlumat verib, müxtəlif ölkələrdə fəaliyyət göstərsələr də, əsasən Slovakiya və Bolqarıstanda nailiyyət əldə etdiklərini vurğulayıb. Söz Azadlığını Müdafiə Fondunun bu yaxınlarda Bakıda keçirdiyi beynəlxalq konfransda iştirak etdiyini vurğulayan G. Mater bu tədbiri yüksək qiymətləndirib. Görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Nümayəndə heyəti Senatın binasında Qərbi Virciniyadan olan senator John D. Rockefellerin ofisində görüş keçiriblər. Görüşdə Azərbaycanla bağlı məsələlər və Azərbaycan-Ermənistan, İran-ABŞ probleminin həlli yolları barədə fikir mübadiləsi aparılıb. AVCİYA təmsilçiləri həmçinin ABŞ Konqresinin binasında Arizona Ştatından olan Konqresmen Ed Pastorun komandası ilə, HUDSON İnstitutunda tanınmış tədqiqatçı Zeyno Baranla görüşüblər. Bu görüşdə Dağlıq Qarabağ problemi, ABŞ-İran münasibətləri, azadlığa dəstək aktına 907 düzəliş və s. məsələlər müzakirə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR