Gela Bejuaşvili: “Ermənistan regional layihələrdən zəruri siyasi şərait yarandıqdan sonra faydalana biləcək” - EKSKLÜZİV
- GUAM iştirakçı ölkələrdə insan hüquqlarına və demokratik inkişafa təminat verən təşkilat kimi nəzərdə tutularaq yaradılıb. Bizim ölkələri ümumi məqsədlər birləşdirir bu məqsədlər iqtisadi cəhətdən müstəqil və demokratik dəyərlərə söykənən dövlət formalaşdırmaq, həmçinin başqaları üçün örnək olacaq regional əməkdaşlığa nail olmaqdır. Artıq biz GUAM haqqında danışanda konkret nəticələr barədə söhbət edirik. Dörd ölkə azad ticarət zonası yaradıb, son iki il ərzində ticarət dövriyyəsinin həcmi iki dəfə artıb. Hazırda biz nəqliyyat tarifləri sahəsinə dair qanunvericiliyin harmoniyasını təmin edəcək layihələr üzərində işləyirik. Bundan hamı uduşlu çıxacaq, GUAM ölkələri vahid iqtisadi paketlə çıxış etdikdə, bu, həm Avropa, həm Mərkəzi Asiya, həm də digər regionların dövlətləri üçün sərfəlidir. Biz burada mövcud olan maraqlarla oynayırıq. GUAM budur bizim təşkilatda iqtisadi islahatlar siyasətdən üstün mövqedədir.
- Gürcüstan və Azərbaycanda prezident seçkiləri yaxınlaşır, bu seçkilərin nəticələri iki ölkə arasında münasibətlərə təsir göstərə bilərmi?
- Azərbaycanla Gürcüstanın qarşılıqlı münasibətləri dəyişməyəcək, çünki bu münasibətlər nəinki hökumətlərə, heç tarixi ənənələrə də o qədər əsaslanmadan qurulub. Bizim ölkələrimiz iqtisadi, siyasi, mədəni, sosial planda bir-birindən o qədər asılıdır ki, bu ölkələrdən hər hansı birində hökumət dəyişikliyi münasibətlərə mənfi təsir göstərməyəcək. Azərbaycan və Gürcüstan bir-birilərinə laqeyd münasibət bəsləyə bilməzlər.
- Bakı-Tiflis-Qars dəmiryolu layihəsinin perspektivini necə dəyərləndirirsiniz?
- Bu, çox gözəl layihədir. Bu layihə hər iki ölkəyə ümumi Avropa sisteminə çıxışa imkan verəcək, yeni infrastruktur və iş yerlərinin yaranmasına səbəb olacaq. Digər tərəfdən bu layihə insanların sosial vəziyyətinin qaldırılmasının və yeni iş yerləri yaradılmasının zəruri olduğu ərazidə həyata keçirilir. Bu baxımdan Bakı-Tiflis-Qars layihəsinin həyata keçirilməsi hər iki ölkənin maraqları baxımından çox mühüm əhəmiyyət kəsb edir. Qonşularımıza, ilk növbədə isə Ermənistana gəlincə, bu layihədə iştirak edən dövlətlərin ümumi mövqeyi var bu layihə nə qonşu dövlətlər, nə də digər ölkələr üçün bağlı deyil. Bizim bütün layihələr potensial iştirakçılar üçün açıqdır. Vaxt gələcək, Ermənistan da bu layihənin imkanlarından faydalana biləcək. Bu, zəruri siyasi şərait yarandıqdan sonra mümkün olacaq.
- Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi baxımından hansı əhəmiyyətə malikdir?
- Bu kəmərlər artıq faktiki olaraq Avropanın enerji təhlükəsizliyinin mexanizmi rolunu oynayırlar, çünki Avropa İttifaqı ölkələri bu kəmərlər vasitəsilə enerji resursları əldə edirlər. Bu layihələr Avropaya enerji resursları mənbələrinin, həmçinin nəqliyyat dəhlizlərinin diversifikasiyasına nail olmağa imkan verib. Hazırda GUAM ölkələri daha bir enerji layihəsi Odessa-Brodı kəməri layihəsi üzərində çalışırlar. Əgər bu layihəni icra edə bilsək, bu, bizim daha bir uğurumuz olacaq. Hesab edirəm ki, ölkələrimizin fəxr etməyə haqqı var. Biz başqalarının yalnız vəd etdiyini artıq həyata keçiririk, buna görə də bizim ölkələr diqqət mərkəzindədir.
- Azərbaycan-Gürcüstan sərhədlərinin delimitasiyasına dair dövlət komissiyasının növbəti iclası nə vaxt keçiriləcək? Prosesin uzanması hansısa problemlərin olduğunu göstərmirmi?
- Mən delimitasiya məsələsində hansısa problemlərin olduğunu söyləməzdim. Sadəcə, bu prosesə son dərəcə həssaslıq və diqqətlə yanaşmaq lazımdır, proses bu səbəbdən ləng gedir. Bununla belə ölkələrimiz arasında sərhəd xəttinin böyük hissəsi artıq razılaşdırılıb. Bir müddət əvvəl ekspertlər yenidən razılaşdırılan sahələrdə olublar, onlar öz işlərini mərhələli şəkildə həyata keçirirlər. Proses irəliləyir, delimitasiya komissiyasının iclası yaxın zamanlarda həyata keçiriləcək, sadəcə biz tarixi razılaşdırmamışıq.
- Ölkələrimiz arasında ənənəvi sıx əlaqələr mövcud olsa da, Gürcüstandakı azərbaycanlı icmasının problemləri hələ də qalmaqdadır...
- Gürcüstanda yaşayan azərbaycanlıların problemləri haqqında mənə heç nə məlum deyil. Düşünürəm ki, əgər hansısa problem varsa, bu, etnik mənsubiyyətə görə meydana çıxan problem deyil, sosial xarakterli problem ola bilər. Bizə faktlar lazımdır, əgər belə faktlar varsa, lazımi reaksiya verə bilərik.
- Məsələn, Tiflisdə Azərbaycan dilində yayımlanan radiostansiyanın fəaliyyətə başlaması məsələsi vardı, amma Ədliyyə Nazirliyi bu radiostansiyanı qeydiyyata almaqdan imtina etdi...
- Mən bu fakt haqqında heç nə eşitməmişəm, əgər belə faktlar varsa belə, bu, neqativ haldır. Əlbəttə ki, belə faktlar bizim strateji münasibətlərimizə təsir göstərə bilməz, amma biz bu kimi hallara qarşı reaksiya verməliyik. Biz konkret faktlar istəyirik, əgər belə faktlar varsa, bizim nazirliyə, yaxud səfirliyimizə təqdim olunsun. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
ARDNF-in investisiya portfeli 9% artıb
NK azad edilmiş ərazilərdəki yaşayış sahələrinin ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə verilməsi qaydasını dörd aya təsdiqləyəcək
Azad edilmiş ərazilərdəki yaşayış sahələri ora köçürülmüş məcburi köçkünlərin mülkiyyətinə veriləcək
Mopedlərə texniki baxış və sürücülük vəsiqəsi ilə əlaqədar dövlət rüsumları müəyyənləşib
Psixiatriya müayinəsinə dair yeni tənzimləmə müəyyənləşib
Rubio: ABŞ üçün əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır
ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar
İlhamə Novruzova Naxçıvan TV-nın sədr müavini vəzifəsindən azad edilib
Dövlət Neft Fondunun AÇG üzrə gəlirləri 4,4 mlrd. manata yaxın olub
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
ARDNF qızıl satışını dayandırıb
ARDNF-nin Şahdəniz yatağından bu il əldə etdiyi gəlirlərin həcmi açıqlanıb
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənib
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanı ilə əldə olunmuş nüvə sazişinin əhəmiyyətindən danışıb
ARDNF-nin aktivlərinin həcmi açıqlanıb
Xaçmazda dənizdə batan yeniyetmənin meyiti tapılıb
Altı ayda əlilliyi olan 70 min şəxsə reabilitasiya xidmətləri göstərilib
Rubio: İran razılaşma istəyir, ancaq bu razılaşmanın qiyməti anlaşma əldə olunana qədər hər gecə artacaq
Sabahın hava proqnozu
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI