Bank Of Baku

Prezident Aparatının təmsilçisi: “Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın mövqeyi tam açıqlanmayıb”

Prezident Aparatının təmsilçisi: “Beynəlxalq Böhran Qrupunun hesabatında Azərbaycanın mövqeyi tam açıqlanmayıb”
# 05 dekabr 2007 10:28 (UTC +04:00)
Onun sözlərinə görə, hesabatda beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü tanımasına dair faktlar hesabatda tam şəkildə öz əksini tapmayıb. “Sənəddə Azərbaycanın iqtisadi inkişafına tam başqa bir prizmadan baxılır. Hesabat müəllifləri bildirirlər ki, neftdən ölkə büdcəsinə çoxlu gəlir, ölkədə korrupsiya artır, hərbi xərclərin artımı ölkədə müharibə əhval-ruhiyyəsini yüksəldir. Sənəddə silahlanma məsələsi narahatlıqla qarşılanır. amma eyni zamanda Ermənistanın da silahlanmasının narahatlıqla qarşılanmasına dair qeyd yoxdur. 1997-ci ildə Ermənistana 1 milyard dollar dəyərində silah hədiyyə olunub, onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü kimi güzəştli silah almaq imkanları var, amma bu məsələlər hesabatda öz əksini tapmır. Hesabatda göstərilir ki, sanki biz Ermənistanı blokadada saxlayırıq. Amma biz onlara dəfələrlə bildirmişik və 2002-ci ildə Heydər Əliyev Sədərək keçirilən görüş zamanı Robert Köçəryana təklif etmişdi ki, İranla həmsərhəd 3 rayonun azad edilməsi müqabilində Ermənistanla dəmir yolu xəttini açaq. Amma Köçəryan buna qarşı çıxaraq bildirmişdi ki, biz blokadada deyilik, biz öz halımızdan məmnunuq. Bu faktlar nədənsə hesabatda yer almayıb, onlar sadəcə erməniləri məzlum kimi göstərirlər”. Həsən Məmmədzadə hesabatda Azərbaycanda qaçqınların hüquqlarını müdafiə olunması görüntüsü yaradıldığını bildirib: “Amma bu qədər insanın qaçqın düşməsinin əsas səbəbkarları kimdir, onlar niyə bu vəziyyətə düşüblər, torpaqları işğal olunub, öz yurd-yuvalarından didərgin düşüblər kimi məsələlərə heç toxunulmur. İnsanların hüquqlarını müdafiə edirsənsə, onun səbəbkarını da göstərməlisən. Hesabatda Naxçıvanda guya erməni qəbirlərinin dağıdılması, təhqir olunması bildirilir. Biz rəsmi şəkildə bəyan etmişik ki, həm Dağlıq Qarabağda, həm də Naxçıvanda monitorinq aparılsın. Amma Beynəlxalq Böhran Qrupu nə Qarabağda, nə digər işğal olunmuş ərazilərdə uçurulmuş qəbirlərimiz, dağıdılmış tarixi və mədəni abidələrimiz barədə heç bir söz yazmayıb”. Həsən Məmmədzadə Beynəlxalq Böhran Qrupunun fəaliyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə yardımçı ola biləcəyi sualını da cavablandırıb: “Beynəlxalq Böhran Qrupu nüfuzlu təşkilatdır, bu təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat hazırlaması özü müsbət fakt kimi qiymətləndirilməlidir Amma hesabat hazırlanarkən tərəflərin mövqeyi obyektiv şəkildə əsaslandırılmalıdır. Beynəlxalq Böhran Qrupunun fəaliyyət dairəsi olduqca genişdir, onlar Asiyadan tutmuş Afrikaya qədər bütün məsələlərlə bağlı hesabat yayırlar. Onların böyük ekspert qrupları var, amma təəssüf ki, onların Dağlıq Qarabağla bağlı hesabatlarında bizi qane edəcək məqamlar öz əksini tapmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR