Bank Of Baku

AXCP qurultaya hazırlıq işlərini yekunlaşdırıb

AXCP qurultaya hazırlıq işlərini yekunlaşdırıb
# 05 dekabr 2007 10:32 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) növbəti qurultayına hazırlıq işlərini yekunlaşdırıb. Bu barədə APA-ya partiyanın Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, artıq rayon təşkilatlarının konfransları keçirilib və qurultay nümayəndələri seçilib. “Buna baxmayaraq, yaxın vaxtlarda partiyanın qurultayını keçirmək fikrində deyilik. Biz qurultayı prezident seçkiləri ərəfəsində keçirəcəyik. İstəyirik ki, seçki kampaniyasına yaxşı əhval-ruhiyyə ilə başlayaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR