Bank Of Baku

Kiyevdə GUAM-ın 10 illiyinə həsr olunmuş fotosərgi keçiriləcək

Kiyevdə GUAM-ın 10 illiyinə həsr olunmuş fotosərgi keçiriləcək
# 05 dekabr 2007 11:45 (UTC +04:00)
Dekabrın 7-9-da Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat GUAM-ın 10 illiyinə həsr olunmuş fotosərgi keçiriləcək. Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, sərgi “Kiyev qalası” Milli Tarixi-Arxitektura Muzeyində baş tutacaq. Sərgidə GUAM-a üzv digər ölkələrlə yanaşı Azərbaycan fotoqraflarının əsərləri də sərgilənəcək. Sərginin rəsmi açılış mərasimində Ukrayna XİN-in, GUAM və digər ölkə səfirliklərinin, beynəlxalq təşkilat nümayəndələrinin, Ukraynanın siyasi və ictimai xadimləri iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR