Bank Of Baku

Asim Mollazadə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Asim Mollazadə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 05 dekabr 2007 11:53 (UTC +04:00)
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (İRİ) Azərbaycan üzrə direktoru Ceyk Consla görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, 2008-ci ildə keçiriləcək prezident seçkiləri, İRİ ilə ADİP arasında birgə əməkdaşlıq məsələləri müzakirə edilib, birgə layihələr barədə fikir mübadiləsi aparılıb. A. Mollazadə C. Consa rəhbərlik etdiyi partiyanın fəaliyyəti, qarşıdan gələn seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verib. Görüşdə qurumlar arasında əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR