Bank Of Baku

Müsavat Partiyası ABŞ hökumətinin Metyu Brayzanın açıqlamasına münasibət bildirməsini istəyir

Müsavat Partiyası ABŞ hökumətinin Metyu Brayzanın açıqlamasına münasibət bildirməsini istəyir
# 05 dekabr 2007 12:20 (UTC +04:00)
Müsavat Partiyası ABŞ dövlət katibinin köməkçisi, ATƏT-in Minsk Qrupunun həmsədri Metyu Brayzanın Azərbaycanda gələn il keçiriləcək prezident seçkiləri ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda bildirilir ki, ABŞ kimi böyük, demokratiyanın yayılmasını özünün prioriteti elan etmiş dövlətin nümayəndəsinin dilindən belə fikirlərin səslənməsi narahatlıq doğurur. Müsavat hesab edir ki, demoktarik dövlətlərin əsas funksiyası seçkilərin azad və ədalətli keçirilməsinə dəstək verməkdən ibarət olmalıdır: “Amma Metyu Brayzanın fikirləri bu çərçivəyə sığmır, faktiki olaraq ABŞ-ın Azərbaycanda hakimiyyət məsələsinə müdaxiləsi anlamına gəlir və cəmiyyətdə seçkilərə, demokratik dəyərlərə, azad dünyaya inamsızlıq yaradır. Müsavat Partiyası həmsədrin açıqlamasını heç bir siyasi etika normasına sığmayan fakt kimi qiymətləndirir və ABŞ hökumətindən bu məsuliyyətsiz bəyanata münasibət bildirməyi tələb edir”.
Xatırladaq ki, M. Brayza bir neçə gün əvvəl 2008-ci ildə Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərə münasibət bildirərkən deyib: “Biz Azərbaycanda böyük dəyişikliklərin olacağını gözləmirik. Ola bilsin ki, prezidentliyə hansısa namizədlər olacaq, ancaq burada vəziyyət aydındır və artıq kimin prezident seçiləcəyini söyləmək mümkündür”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR