Bank Of Baku

Tiflisdə “Avropa, Türkiyə və Cənubi Qafqazın təhlükəsizlik sistemlərinin problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Tiflisdə “Avropa, Türkiyə və Cənubi Qafqazın təhlükəsizlik sistemlərinin problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 05 dekabr 2007 12:29 (UTC +04:00)
Gələn il martın 27-28-də Tiflisdə “Avropa, Türkiyə və Cənubi Qafqazın təhlükəsizlik sistemlərinin problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransın təşkilatçısı Gənc Diplomatlar, İş Adamları, Alimlər və Hüquqşünaslar Beynəlxalq Assosiasiyasıdır. Assosiasiyanın baş katibi Nabat Qaraxanova APA-ya bildirib ki, tədbirdə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya və Avropa ölkələrinin dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Avropa İttifaqı, Avropa Şurası və ATƏT-in nümayəndələrinin də qatılacağı tədbirdə “Rusiya, Avropa və Türkiyənin Cənubi Qafqaza təsiri”, “Ərazi bütövlüyünün tanınması mövcud regional təhlükəsizliyə təminat verir” mövzularında fikir mübadiləsi aparılacaq. Bu yöndə ilk tədbirin bu il Türkiyənin İstanbul şəhərində keçirildiyini bildirən N. Qaraxanova deyib ki, yekun konfrans 2009-cu ildə Brüsseldə baş tutacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR