Bank Of Baku

Tokioda GUAM-Yaponiya görüşü keçirilir

Tokioda GUAM-Yaponiya görüşü keçirilir
# 05 dekabr 2007 13:10 (UTC +04:00)
Yaponiyanın paytaxtı Tokioda GUAM-Yaponiya görüşü keçirilir. Xarici İşlər Nazirliyi mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycanı görüşdə nazirliyin Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayev və Təhlükəsizlik Problemləri İdarəsinin rəis əvəzi Qalib İsrafilov təmsil edirlər. Görüşün məqsədi GUAM-Yaponiya əməkdaşlığının perspektivlərini müzakirə etməkdi. Görüşdə GUAM-ın baş katibi Valeri Çeçelaşvili də iştirak edir. Qeyd edək ki, ilk GUAM-Yaponiya görüşü bu il iyunun 19-da GUAM-ın Bakıda keçirilmiş sammiti çərçivəsində keçirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR