Bank Of Baku

YAP Lənkəranda zona müşavirəsi keçirib

YAP Lənkəranda zona müşavirəsi keçirib
# 05 dekabr 2007 13:32 (UTC +04:00)
Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Yeni Azərbaycan Partiyası (YAP) şəhər və rayon təşkilatlarının sədrlərinin və idarə heyəti üzvlərinin iştirakı ilə zona müşavirəsi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə 2008-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlıqla əlaqədar YAP Lənkəran şəhər, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayon təşkilatları sədlərinin hesabatları dinlənilib. YAP sədrinin müavini, icra katibi Əli Əhmədov çıxış edərək, dinlənilən hesabatlara münasibətini bildirib, qarşıdakı prezident seçkiləri ilə bağlı müəyyənləşdirilmiş vəzifələrdən danışıb. Müşavirədə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR