Bank Of Baku

Müsavat Partiyasının Qazax təşkilatının sədri və daha 33 müxalifətçi “Azərbaycan Yolu” Siyasi Hərəkatına qoşulub

Müsavat Partiyasının Qazax təşkilatının sədri və daha 33 müxalifətçi “Azərbaycan Yolu” Siyasi Hərəkatına qoşulub
# 05 dekabr 2007 13:37 (UTC +04:00)
Müsavat Partiyasının Qazax rayon təşkilatının sədri Aslan Muradov, bu partiyanın, həmçinin ADP və AXCP-nin 33 üzvü bəyanatla çıxış edərək “Azərbaycan Yolu” Siyasi Hərəkatına qoşulduqlarını bildiriblər. AYSH-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, hərəkatın regional müşavirəsində həmin şəxslər də iştiirak ediblər. Bəyanat müəllifləri 2008-ci ilin seçki ili olmasına baxmayaraq, müxalifət daxilində lazımı fəallığın olmadığını bildiriblər. A. Muradov APA-ya açıqlamasında partiyadan istefa verməsinin kökündə hər hansı narazılığın dayanmadığını deyib: “Sadəcə, bu vaxta kimi Müsavatda mübarizə apardıq, nəticə olmadı və indi yolumuzu dəyişdik. Yeni güc mərkəzi kimi “Azərbaycan Yolu” Siyasi Hərəkatında fəaliyyət göstərəcəyik. Bizim bu addımımız Müsavatın parçalanması demək deyil. Qazax təşkilatından cəmi 4 nəfər istefa verib”.
Müsavat Partiyasının təşkilat şöbəsinin əməkdaşı Zöhrab Məhərrəmov məsələni araşdırdığını söyləyərək yerli təşkilatın sədrinin istefa verdiyini təsdiqləyib: “Yəqin ki, yaxın vaxtlarda yerli təşkilata yeni sədr seçiləcək. Hər kəs öz yolunu özü müəyyənləşdirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR