Bank Of Baku

Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib

Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin toplantısı keçirilib
# 05 dekabr 2007 14:40 (UTC +04:00)
Azərbaycan Kommunist Partiyasının (AKP) Rəyasət Heyətinin toplantısı keçirilib. AKP sədri Rüstəm Şahsuvarov APA-ya bildirib ki, toplantıda Beynəlxalq Kommunist Partiyaları İttifaqında partiya təmsilçilərinin müəyyənləşməsi üçün seçki keçirilib. Seçkidə vəfat edən partiya sədri Ramiz Əhmədovun, həmçinin təşkilatdan çıxarılan sədr müavini Rauf Qurbanovun boş qalan yerlərinə sədr müavini Rəvayət Cabbarov və Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Mirnazim Cəfərov seçiliblər. Toplantıda partiyanın prezident seçkilərində iştirakı ilə bağlı məsələ də müzakirə mövzusu olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR