Bank Of Baku

Akif Şahbazov: “Seçkilərdə iştirak etməsək, başqa namizədi müdafiə etməyəcəyik”

Akif Şahbazov: “Seçkilərdə iştirak etməsək, başqa namizədi müdafiə etməyəcəyik”
# 25 dekabr 2007 15:29 (UTC +04:00)
Açıq Cəmiyyət Partiyasının (ACP) 2008-ci il prezident seçkilərində iştirak edib-etməyəcəyi seçkilər ərəfəsində müəyyənləşəcək. Partiyanın sədri Akif Şahbazovun APA-ya verdiyi məlumata görə, onların namizəd müəyyənləşdirmək problemləri yoxdur. ACP-nin təsis qurultayında qəbul olunmuş Nizamnaməyə görə, partiya liderinin prezidentliyə namizədliyinin nəzərdə tutulduğunu deyən A. Şahbazov bu barədə xüsusi qərarın qəbuluna ehtiyac görmür. ACP sədrinin sözlərinə görə, partiyanın seçkilərə qatılıb-qatılmayacağı barədə indidən konkret fikir bildirmək olmaz: “Situasiya elə ola bilər ki, prezident seçkilərində müxtəlif səbəblərə görə iştirak etmək mümkün olmasın. Amma biz partiya olaraq seçkilərdə iştirakda maraqlıyıq. Siyasi partiyalar öz fəaliyyətini məhz seçkilərdə ortaya qoymalıdırlar”. A. Şahbazov seçkilərdə iştirak etməyəcəkləri halda başqa namizədi müdafiə etmək barədə düşünmədiklərini də bildirib: “Əvvəlki taktikalardan fərqli olaraq hər hansı partiya liderini dəstəkləməyəcəyik. Bizi dəstəkləyən hər hansı qüvvə olarsa, onu qəbul edə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR