Xəzər İbrahim: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iki tərəf iştirak edir”

Xəzər İbrahim: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iki tərəf iştirak edir”
# 26 dekabr 2007 09:01 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycan və Ermənistan iştirak edir. Danışıqlarda üçüncü tərəf yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanın “nizamlanmanın əsas prinsipləri üç tərəf (Ermənistan, Qarabağ, Azərbaycan) arasında razılaşdırıldıqdan sonra sülh sazişi hüquqşünaslar tərəfindən müfəssəl şəkildə hazırlanmalıdır” fikrinə münasibət bildirən X. İbrahim bu sözlərin həqiqətəuyğun olmadığını söyləyib. İcmaların danışıqlara nə vaxt qatıla biləcəyi barədə sualı cavablandıran XİN rəsmisinin fikrincə, icmalar danışıqlara postkonflikt dövründəki nizamlanma prosesində qoşula bilər: “Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarıldıqdan, məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtdıqdan sonra icmalar arasında münasibətlər bərpa olunacaq və Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşməsi üçün şərait yaranacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR