Bank Of Baku

Bu gün V Qarabağ forumu keçirilib

Bu gün V Qarabağ forumu keçirilib
# 26 dekabr 2007 11:40 (UTC +04:00)
Demokratiya Uğrunda İttifaqın (DUİ) təşəbbüsü ilə bu gün V Qarabağ forumu keçirilib. APA-nın məlumatına görə, forumda siyasi partiyaların rəhbərləri, ictimai xadimlər iştirak edib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu DUİ-nin Qarabağ problemi ilə bağlı tədbirlər keçirdiyini, müxtəlif təkliflər hazırladığını və bunun aidiyyəti üzrə dövlət qurumlarına təqdim olunduğunu deyib. Onun sözlərinə görə, 2008-ci ildə problemin həlli ilə bağlı müəyyən müsbət addımlar atıla bilər: “Ən azından biz belə addımların atılmasını arzulayırıq”. Azadlıq Partiyasının sədri Əhməd Oruc Qarabağda antiterror əməliyyatlarının başlanmasının vacib olduğunu bildirib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Qarabağ probleminin həlli istiqamətində heç bir real işin olmamasından təəssüf etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən problemin sülh yolu ilə həlli barədə öhdəlik götürüb: “Azərbaycan bu öhdəlikdən imtina etməlidir. Bu gün ermənilər Dağlıq Qarabağda PKK terrorçularını yerləşdirirlər, onlar Qarabağda istədiklərini edə bilirlər. Mənim fikrimcə, müxalifət də Avropa Şurasına təsir etməyi bacarmalıdır”. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı beynəlxalq təşkilatların Azərbaycanı təslimçi sülhə sövq etmək istədiklərini qeyd edib. Onun fikrincə, Azərbaycan xalq diplomatiyasından imtina etməlidir. Ədalət Partiyasının sədri İlyas İsmayılovun fikrincə, Azərbaycan ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasından imtina etməlidir. Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu Qarabağda antiterror əməliyyatlarının keçirilməsini vacib sayıb. Forumda AMDP sədri İsgəndər Həmidov, Təkamül Partiyasının sədri Teyyub Qəni və digərləri də mövzu ilə bağlı öz fikirlərini bildiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR