Bank Of Baku

Prezident seçkiləri ilə bağlı saziş imzalamış 16 müxalifət partiyasına daha 4 partiya qoşulub

Prezident seçkiləri ilə bağlı saziş imzalamış 16 müxalifət partiyasına daha 4 partiya qoşulub
# 26 dekabr 2007 12:07 (UTC +04:00)
Prezident seçkiləri ilə bağlı saziş imzalamış 16 müxalifət partiyasının sırasına daha 4 partiya qoşulub. APA-nın məlumatına görə, partiyaların bu gün keçirilən toplantısında Yaşıllar, Təkamül, Xalq Sosialist və Demokratik Şəxsiyyətlər partiyalarının sədrləri sazişə imza atıblar. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, sazişdə bu partiyaların Qarabağ probleminin həlli ilə bağlı vahid mövqedən çıxış etməsi, prezident seçkiləri öncəsi Azərbaycanda demokratik şəraitin yaranması, Seçki Məcəlləsinin dəyişdirilməsi, prezident seçkiləri kampaniyasında partiyaların bir-birinə qarşı əks-təbliğat aparmaması ilə bağlı müddəalar əksini tapıb. O, sözügedən partiyaların birliyinə ad verilməsi üçün müzakirələrin aparılacağını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR