Bank Of Baku

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunan kurslar başa çatıb

DSK üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün təşkil olunan kurslar başa çatıb
# 26 dekabr 2007 13:10 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün dekabrın 3-dən başladığı kurslar bu gün başa çatıb. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, kurslarda aşağı seçki komissiyalarının 6 minə yaxın üzvü iştirak edib. Kurslarda MSK-nın hüquqşünas üzvləri, şəhər və rayon prokurorları, məhkəmələrin sədrləri, rayon icra hakimiyyəti orqanlarının müvafiq şöbələrinin rəhbərləri mühazirələr oxuyub, məşğələlər aparıblar. Kursların sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Kurslar ölkə prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq keçirilib. Qeyd edək ki, bundan əvvəl MSK DSK sədrləri üçün anoloji kurslar təşkil edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR