Bank Of Baku

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həsr olunmuş dəyirmi masa keçirilib
# 26 dekabr 2007 13:22 (UTC +04:00)
Azərbaycan Ziyalılar Birliyi və Azərbaycan-Gürcüstan Dostluq Əlaqələri Cəmiyyəti Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə həsr olunmuş dəyirmi masa keçiriblər. APA-nın məlumatına görə, Azərbaycan Ziyalılar Birliyinin sədri Rafiq İmranlı bildirib ki, Gürcüstan əhalisinin 1/5 hissəsini təşkil edən azərbaycanlıların hakimiyyətdə təmsilçiliyinə yaradılan süni əngəllər, təhsil hüquqlarının pozulması, ayrı-ayrı sahələr üzrə aparılan islahatlarda onlara qarşı zorakılıq halları xeyli soydaşımızın ölkəni tərk etməsi ilə nəticələnib: “Biz Qərbi Azərbaycan torpaqlarını itirdiyimiz kimi, Borçalını da itirmək istəmirik”. Azərbaycan-Gürcüstan Dostluq Cəmiyyətinin sədri Əli Babayev isə deyib ki, azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti Zviad Qamsaxurdiyanın dövründə start götürsə də, Mixail Saakaşvilinin dövründə yüksələn xətlə davam edib: “Gürcüstanda keçirilən son etiraz aksiyaları da göstərdi ki, Saakaşvili hakimiyyəti nə azərbaycanlı, nə də digər millətlərdən olan vətəndaşların etimadını doğrultmadı, əksinə, sosial-iqtisadi, məişət problemləri dözülməz həddə çatdı. Torpaq islahatlarında zorakılığa yol verildi”. Ə. Babayev Azərbaycan hakimiyyətini M. Saakaşviliyə yardımçı olmamağa çağırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR