Bank Of Baku

Əli Orucov: “Etiraf etməliyik ki, Ayaz Rüstəmovun sədrliyi dövründə AMİP-in fəaliyyəti əvvəlki dövrlə müqayisədə bir qədər zəifləmişdi”

Əli Orucov: “Etiraf etməliyik ki, Ayaz Rüstəmovun sədrliyi dövründə AMİP-in fəaliyyəti əvvəlki dövrlə müqayisədə bir qədər zəifləmişdi”
# 26 dekabr 2007 14:15 (UTC +04:00)
“Ayaz Rüstəmovun səhhətindəki problemlərlə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyasının idarəçiliyində problemlər yaranmışdı. Bu da rayon təşkilatlarını, partiyanın bir sıra üzvlərini narahat edirdi. Gələcəkdə sədr seçkisinə gedəcəyiksə, yeni sədr partiyanın güclənməsinə var qüvvəsini sərf etməlidir”. Bu açıqlamanı APA-ya AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir və bu seçkiyə hazırlaşmaq üçün sədr başda olmaqla partiyanın bütün strukturlarının ciddi fəaliyyət göstərməsinə ehtiyac var. Ə. Orucov bildirib ki, partiyanın güclənməsi təkcə sədrin deyil, bütün strukturların öz potensialını ortaya qoymasından asılıdır: “Ayaz Rüstəmovun səhhətində olan problemlər AMİP-in mütəmadi olaraq siyasi proseslərin mərkəzində olmasına imkan vermirdi. Amma bununla bərabər Nizamnamədə səlahiyyət bölgüsü var və strukturlar bir-biri ilə əlaqəli işləyir. Birinin fəaliyyətsizliyi digərinə də təsir göstərir. Bu baxımdan mən əvvəl də narahatçılıqlarımı bildirmişdim. Amma açığı etiraf edək ki, Ayaz Rüstəmovun sədr olduğu vaxt AMİP-in fəaliyyəti əvvəlki dövrlə müqayisədə bir qədər zəifləmişdi. Bunun əhalinin siyasi fəallığının zəifliyi, hakimiyyətin demokratik təsisatlara hücum keçməsi kimi obyektiv səbəbləri də var”. Ə. Orucovun sözlərinə görə, Nizamnamə ilə partiyada əsas funksiyanı baş katib həyata keçirir və onun səlahiyyətləri daha genişdir: “Əgər zəiflik varsa, burada təkcə sədri günahlandırmaq ədalətsizlik olar. Açığı Ayaz bəyin böyük bir fəaliyyət imkanları olmadı ki, təşkilatçılığına, digər fəaliyyətinə qiymət vermək mümkün olsun. Mən arzulamırdım ki, o, sədrlikdən getsin, sağlam olmasını və idarəçiliyi həyata keçirməsini arzulayırdım. Amma hər şey bizim arzulamağımızla deyil, tamam başqa istiqamətdə gedir. Görünür, o, özü də qərara gəlib ki, belə fəaliyyət göstərməklə partiyanın mövqeyini gücləndirmək mümkün deyil. Buna görə də sədrlikdən istefa verdi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR