Bank Of Baku

Akif Şahbazov: “Bu gün müxalifətdə elə bir partiya yoxdur ki, seçkilərə qələbə ümidi ilə qatılsın”

Akif Şahbazov: “Bu gün müxalifətdə elə bir partiya yoxdur ki, seçkilərə qələbə ümidi ilə qatılsın”
# 26 dekabr 2007 15:41 (UTC +04:00)
“2008-ci il prezident seçkiləri müxalifət üçün son şansdır. Müxalifət liderləri düşünməli, ambisiyaları kənara qoyub bir yerdə oturmağı bacarmalı, öz platformalarını ortaya qoymalıdırlar. Yalnız bu zaman kimin real vahid namizəd olması ortaya çıxar. Onda da Rəsul Quliyevin müxalifətin vahid namizədi kimi problemi olmayacaq”. Bu açıqlamanı APA-ya Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov verib. R. Quliyevin iştirak etmədiyi hər hansı seçkidə normal siyasi yarışma mühitinin olmayacağını bildirən A. Şahbazovun fikrincə, əvvəllər müxalifətin normal mübarizə aparmaq üçün müəyyən imkanları vardı: “Amma bu gün birmənalı şəkildə müxalifətdə elə bir fərd, qrup və yaxud partiya yoxdur ki, qələbə ümidi ilə seçkilərə qatılsın. Qələbə ümidi olmadıqda da real mübarizə aparmaq perspektivi ola bilməz”. Müxalifət liderlərinin R. Quliyevi qəbul etməməsinə gəldikdə, A. Şahbazovun sözlərinə görə, bəzi partiyaların sədrləri nəinki ACP liderini vahid namizəd kimi qəbul etmir, hətta onlar öz aralarında da bir araya gələ bilmirlər: “Biri digərini qəbul etmir, bir masa arxasında oturub dialoq apara bilmirlər. Müxalifətin faciəsi də elə bundan başlayır. Əgər 2008-ci il belə başlayacaqsa, belə də başa çatacaq. Müxalifət düşünməsin ki, 2008-ci ildən sonra fəaliyyətini davam etdirə biləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR