Bank Of Baku

Türkiyəli ekspert: “Azərbaycan neft gəlirlərinin bir hissəsini erməni təbliğatı ilə mübarizə üçün ayırmalıdır”

Türkiyəli ekspert: “Azərbaycan neft gəlirlərinin bir hissəsini erməni təbliğatı ilə mübarizə üçün ayırmalıdır”
# 27 dekabr 2007 07:43 (UTC +04:00)
“Türkiyə ilə Azərbaycan arasındakı xarici ticarət dövriyyəsi 2006-cı ildə 900 milyon dollara çatıb. Türkiyə Azərbaycanın idxalatında dördüncü, ixracatında isə altıncı yeri tutur. Türkiyə Azərbaycanda neftdən kənar sahələrə ən çox sərmayə qoyan ölkədir. Türk firmalarının Azərbaycandakı investisiyalarının ümumi miqdarı 5 milyard dollara yaxındır. Türk inşaat şirkətləri isə 1,6 milyard dollarlıq iş görüb. Yeri gəldikcə hər iki ölkənin dövlət və hökumət başçıları bizim “bir millət, iki dövlət” olduğumuzu vurğulayırlar. Ancaq Azərbaycanın müstəqilliyinin 15 ilinə nəzər salarkən görülən işlərin kifayət etmədiyini söyləyə bilərik”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında qardaş ölkənin ən böyük araşdırma qurumlarından biri olan Avrasiya Strateji Araşdırmalar Mərkəzinin Qafqaz şöbəsinin əməkdaşı Həsən Kanbolat deyib. O bildirib ki, Azərbaycanla müqayisədə Türkiyənin digər qonşu ölkələrlə, hətta quru sərhədi olmayan Rusiya ilə ticarət dövriyyəsinin həcmi daha böyükdür: “Suriya ilə münasibətlərimiz son 5-6 ildə yaxşılaşıb, ancaq buna baxmayaraq, Suriya ilə ticarət əlaqələrimiz Azərbaycanla olan əlaqələrimizdən daha yaxşıdır. 2007-ci ildə Türkiyənin Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsi xalqlar arasındakı münasibətləri daha da gücləndirəcək”. Ekspert Azərbaycan torpaqlarını işğal altında saxladığına görə Türkiyənin Ermənistanla sərhəd qapılarını açmadığını xatırladıb: “ABŞ və Avropa bunnula bağlı Türkiyəyə təzyiq göstərməkdədir. Erməni problemi ilə bağlı Azərbaycan və Türkiyə müştərək çalışmalıdır. Biz müştərək layihələr hazırlamalı, erməni məsələsində birlikdə hərəkət etməliyik. Erməni məsələsini beynəlxalq platformalara daşımaq üçün Azərbaycan neft gəlirlərindən müəyyən qədər büdcə ayırmalıdır. Ermənistanın haqsız olduğunu dünya ictimaiyyətinə başa salmaq üçün bu, çox vacibdir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR