Bank Of Baku

Ümid Partiyası 20-yə yaxın müxalifət partiyası ilə imzaladığı sazişdən imtina edib

Ümid Partiyası 20-yə yaxın müxalifət partiyası ilə imzaladığı sazişdən imtina edib
# 27 dekabr 2007 09:07 (UTC +04:00)
Ümid Partiyası prezident seçkisi öncəsi bir sıra məsələlərdə birgə fəaliyyət göstərməklə bağlı 20-yə yaxın müxalifət partiyası ilə imzaladığı sazişdən imtina edib. Partiyanın sədri İqbal Ağazadə APA-ya bildirib ki, rəhbərlik etdiyi siyasi qüvvə müzakirələrdə, toplantılarda iştirakdan imtina etməyəcək, amma hansısa birlikdə, qurumda təmsil olunmayacaq: “Birliklərin məqsəd və məramı, qarşısında duran vəzifələr bilinməlidir. Partiyaların bloklaşması onların cəmiyyətdəki imicinə ciddi təsir edir. Həm də yaranan birliklərin 3-5 aydan sonra dağıldığını görürük. Ona görə də birliyin səbəb və məqsədi, konkret zaman çərçivəsində fəaliyyəti bəlli olmalıdır. Yoxsa qeyri-müəyyən təşkilat yaratmaq və orada təmsil olunmağın tərəfdarı deyilik. Sonuncu iclasa mən də qatıldım və prosesin Məşvərət Məclisi yaradılması istiqamətində getdiyini hiss etdim”.
Qeyd edək ki, dekabrın 26-da Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Azad Azərbaycan, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Türk Millətçi, Demokratik Şəxsiyyətlər, Xalq Qurtuluş, Tərəqqi, Təkamül partiyaları və “Bizim Azərbaycan” Bloku birgə fəaliyyətlə bağlı sənəd imzalayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR