Bank Of Baku

“Azadlıq” bloku 2008-ci ildə də Seçki Məcəlləsinin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərəcək

“Azadlıq” bloku 2008-ci ildə də Seçki Məcəlləsinin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərəcək
# 27 dekabr 2007 10:40 (UTC +04:00)
“Azadlıq” bloku 2008-ci ildə də Seçki Məcəlləsinin dəyişdirilməsi və seçki komissiyalarının tərkibinin paritet əsaslarla təşkil olunması istiqamətində fəaliyyət göstərəcək. Bu barədə APA-ya açıqlamasında blokun həmsədri, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib. Onun sözlərinə görə, blok növbəti prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün mümkün olan bütün addımları atacaq: “Ölkədə söz və mətbuat azadlığının təmin olunması, həbsdə olan jurnalistlərin, siyasi məhbusların azadlığı istiqamətində fəaliyyət göstərməyi düşünürük. Maksimum çalışacağıq ki, 2008-ci ildə daha çox insan öz hüquqların uğrunda mübarizəyə qoşulsun ki, seçkilərinə saxtalaşdırılmasının qarşısını alaq və uğurlu kampaniya aparıb xalqın iradəsinin meydana çıxmasına şərait yarada bilək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR