Bank Of Baku

Əməkdaşlıq sazişi imzalayan 20-yə yaxın partiya prezident seçkilərində vahid namizədlə iştirak edə bilər

Əməkdaşlıq sazişi imzalayan 20-yə yaxın partiya prezident seçkilərində vahid namizədlə iştirak edə bilər
# 27 dekabr 2007 11:41 (UTC +04:00)
“İyirmiyə yaxın müxalifət partiyasının imzaladığı saziş müxalifət düşərgəsində seçkiöncəsi fəallığın artırılması məqsədi daşıyır”. APA-nın məlumatına görə, bunu partiya liderlərinin keçirdiyi mətbuat konfransında Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Qəzənfəroğlu deyib. O bildirib ki, gələcəkdə hər hansı formada təşkilatlanma məsələsi də müzakirə edilə bilər. F. Qəzənfəroğlu Xalq Cəbhəsi, Müsavat, Liberal və Demokrat partiyalarının antidemokratik mövqe tutduğunu söyləyib: “Onların mövqeyinə ehtiyacımız yoxdur”. BQP sədri ABŞ Milli Demokratiya İnstitutunu da ittiham edib: “Seçkini boykot edən partiyalar treninqlərə və ya toplantılara dəvət edilir. Seçkidə iştirak qərarı verən partiyalar isə prosesdən kənarda saxlanılır”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə deyib ki, saziş hansısa blokun yaranmasına gətirib çıxarmasa da, partiyalar arasında əməkdaşlığın genişlənməsinə səbəb olacaq. O, sazişi niyyət protokolu kimi qiymətləndirib: “Sənəddə partiyaların seçkidə vahid namizədlə iştirak etməsi nəzərdə tutulmayıb. Amma saziş bu istiqamətdə danışıqlar aparılmasına imkan verir”. Q. Həsənquliyev bəzi müxalifət partiyalarını demokratik dəyərlərə zidd fəaliyyətdə suçlayıb: “İqtidar özünü müxalifətdən güclü hesab edir və dialoqa getmir. Həmin partiyalar da özlərini bizdən güclü hesab edir və əməkdaşlıqdan yayınırlar. Yəni həmin müxalifət partiyalarının sədrlərinin də, iqtidarın da düşüncəsi eynidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR