Bank Of Baku

Milli QHT Forumu Sabina Freyzerin fikirləri ilə əlaqədar bəyanat yayıb

Milli QHT Forumu Sabina Freyzerin fikirləri ilə əlaqədar bəyanat yayıb
# 27 dekabr 2007 11:57 (UTC +04:00)
“Açıqlamalarında millətlərin öz müqəddəratını təyin etmək hüququ ilə sərhədlərin toxunulmazlığı prinsiplərini eyniləşdirən Sabina Freyzer qeyd etməyi unudur ki, erməni xalqı tarixi Azərbaycan torpaqları hesabına XX əsrin əvvəllərində artıq bir dəfə öz müqəddəratını təyin edib və Ermənistan dövlətini yaradıb”. Bu fikirlər Milli Qeyri-Hökumət Təşkilatları Forumunun bu gün yaydığı bəyanatda öz əksini tapıb. Avropa üzrə Beynəlxalq Böhran Proqramları Qrupunun rəhbəri Sabina Freyzerin Dağlıq Qarabağ münaqişəsinin həlli prinsiplərində Azərbaycan rəhbərliyinin mövqeyinə iradları ilə razılaşmayan MQHTF Dağlıq Qarabağ münaqişəsinin əsasında yeni Azərbaycan ərazilərinin işğalı, müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi və mədəni inkişafının ləngidilməsi, eləcə də onun zəngin maddi sərvətlərinin ucuz istismarı və mənimsənilməsi dayandığını xatırladıb. “Son iki əsrdə Azərbaycana qarşı məqsədyönlü şəkildə aparılan bu siyasət regionu daimi gərginlik altında saxlayır və faktiki olaraq müharibə reallıqlarını qaçılmaz edir.Bununla belə, ərazisinin 20 faizi işğala məruz qalmış və ermənilər tərəfindən aparılan etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq əhalisi qaçqına-köçkünə çevrilmiş Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yollarla çözülməsi üçün onilliklər ərzində böyük əzmkarlıq və konstruktivlik nümayiş etdirib, ATƏT-in Minsk Qrupunun və digər beynəlxalq qurumların vasitəçilik missiyasına həmişə hörmətlə yanaşıb. Əfsuslar olsun ki, dünyanın nüfuzlu dövlətlərinin həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupu Ermənistanın sülh danışıqlarında tutduğu qeyri-konstruktiv mövqeyi üzündən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində bu gün də heç bir real nəticə əldə edə bilməyib. Bu nəticəsizlik ciddi milli və etnik münaqişələri tənzimləməli olan bütün beynəlxalq birliyin uğursuzluğu kimi dəyərləndirilməlidir”. MQHTF-nin bəyanatında qeyd olunur ki, Azərbaycanın öz torpaqlarını müharibə yolu ilə azad etmək niyyəti normal qarşılanmalıdır: “Beynəlxalq qurumların eqidası altında işğalçı ilə işğala məruz qalmış dövlətin apardığı sülh danışıqları yalnız bir tərəfin, Azərbaycanın, edə biləcəyi güzəştlərə əsaslana bilməz. Ona görə Azərbaycanın belə “danışıq” imkanlarının tükənəcəyi halda özünün məqbul saydığı digər vasitələrdən istifadə edəcəyi beynəlxalq etiketdə də tamamilə normal qarşılanmalı və başa düşülməlidir. Sıralarında 450-dən artıq qeyri-hökumət təşkilatını birləşdirən Azərbaycan Milli QHT Forumu beynəlxalq təşkilatların təmsilçilərinin Azərbaycandakı fəaliyyətinə hörmət və ehtiramla yanaşdığını bildirməklə bərabər onu da qeyd edir ki, indiki halda Avropa üzrə Beynəlxalq Böhran Proqramları Qrupunun rəhbəri Sabina Freyzerin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan rəhbərliyinin haqlı mövqeyinə qarşı iradları ilə razılaşmır, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və doğma Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi üçün bütün beynəlxalq birliyin sülhpərvər təşəbbüslərinin artırılmasını vacib sayır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR